“Kaslar MMC” fındıq emalı sahəsində ixtisaslaşmış, Azərbaycan fındığını dünyanın aparıcı şokolad, biskvit, un məmulatları, pərakəndəçilər və digər yeyinti sənayesi istehsalçılarına tədarük edən şirkətdir. Avropalı müştərilərə yaxın olmaq məqsədi ilə 2015-ci ildə Polşada “Kaslar PolskaSp z. o.o.” şirkəti qurulmuşdur. “Kaslar Polska Sp z. o.o.” Avropada gömrük rəsmiləşdirilməsi, anbarlama, yenidən qablaşdırma, kiçik tonajlı sifarişlərin çatdırılması kimi xidmətləri həyata keçirir.