İstehsal

Fındığın istehsalatı hər şeydən əvvəl təmiz, gigiyena qaydalarına uyğun şəraitdə aparılmalıdır. Kaslar MMC məhsulun bağlardan yığılmasından, hazır məhsul halına gələnə qədərki bütün mərhələlərdə iştirak edir.

Mütəxəssislərimiz fındığa çiçəkləməsindən meyvə toplamasına qədər olan böyümə prosesi ərzində mütəmadi olaraq nəzarət edir. Bağlardan toplanan məhsul fabrikimizə gətirilir, kalibrə edildikdən sonra qabığı qırılır, kalibrlərinə görə ayrılır və sifarişçinin tələblərinə əsasən seçilir.Seçilmiş məhsuldan götürulən nümunələr daxili və xarici laboratoriyada analiz edilir.

Tələb edilən keyfiyyət əldə edildikdən sonra, məhsullar sifariş əsasında paketlərə doldurulur, anbarlama və ya birbaşa müştəriyə göndərilmə üçün hazırlanır. Natural fındıq əsasən 40 kiloqramlıq jut, polipropilen çuvallara və ya 1000 kiloqramlıq big-bag kisələrə doldurulur. Qovrulmuş və doğranmış fındıq isə 20-25 kiloqramlıq vakuum torbalarına, daha sonra isə karton qutulara qoyulur. Fındıq pastası xalis çəkisi 200 kq olan çəlləklərə doldurulur. Şirkətimiz dünyanın hər hansı bir nöqtəsinə məhsulları quru və ya dəniz yolu ilə göndərir. İstifadə etdiyimiz əsas dəniz limanları Gürcüstanda - Poti, Türkiyədə isə Trabzon, Samsun, Zonguldak ərazilərindədir. Beynəlxalq ticarət mübadiləsinin müxtəlif şərtləri (incoterm FOB, FCA, CIF..) ilə işləyən “Kaslar MMC” şirkəti yalnız etibar etdiyi və keyfiyyətli xidmət göstərən daşıma şirkətləriylə əməkdaşlığa üstünlük verir.